06:13
(077) 610-22-33

“Əfv siyahısında Əli İnsanovun da adı var” - Hüquq müdafiəçisi

  • >
2 402 18 Mart 2015 16:51 | Cəmiyyət

“Biz əvvəlki siyahıdan qalan məhbusların azad olunmasına çalışırıq, təbii ki, siyahıya yeni adlar da daxil edirik”.



AzNews.az xəbər verir ki, bu haqda Modern.az-a hüquq müdafiəçisi Səadət Bənənyarlı bildirib.

O qeyd edib ki, siyahıya "NİDA"çılar, Tofiq Yaqublu, İlqar Məmmədov, sabiq səhiyyə naziri Əli İnsanov, səhhətində yaranmış narahatlıqla bağlı Prezidentin İşlər İdarəsinin sabiq müdiri Akif Muradverdiyev və başqalarının da adı daxil edilib.

Şəmkirin keçmiş icra başçısı Aslan Aslanovun oğlunun öldürülməsində günahkar bilinərək ömürlük həbs cəzası alan Vüqar Əliyevin adının siyahıya salınmasına aydınlıq gətirərkən, hüquq müdafiəçisi onunla bağlı müraciət etmədiklərini bildirib.

Prezident İlham Əliyevə təqdim edilən siyahıda ümumilikdə neçə nəfərin adının olduğuna gəlincə, Səadət Bənanyarlı bildirib ki, adətən, siyahıda 150-180 nəfərin adı olur: "Təbii ki, bu prezidentin səlahiyyətində olan məsələdir. O, siyahıdan kiminsə adını çıxara və ora başqa adlar daxil edə bilər. Böyük ehtimal ki, bu gün əfv gözlənilir, sərəncamın imzalanması sabaha da qala bilər".
Bağla X