01:16
(077) 610-22-33

11 yaşlı oğlan İlham Əliyevin və xanımının qonağı oldu

  • >
8 728 19 Mart 2015 18:04 | Cəmiyyət

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri Gəncənin 11 yaşlı sakini Ümid Həbibovla görüşüblər.

Trend-in AzTV-yə istinadən verdiyi məlumata görə, 2014-cü il oktyabrın 18-də Gəncədə səfərdə olarkən Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva şəhərin gənc sakini Ümid Həbibovla görüşmüşdülər.

Qeyd edək ki, həmin görüşdə Ümid Həbibov ad gününə Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanı dəvət etmişdi.

Bu gün martın 19-da Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Prezident Sarayında Ümid Həbibovu çay süfrəsinə dəvət ediblər.
Bağla X