04:26
(077) 610-22-33

Sabah yaz havası olacaq - 17 dərəcə

  • >
2 168 20 Mart 2015 12:42 | Cəmiyyət

Sabah Azərbaycanın bəzi yerlərində havanın temperaturu 17 dərəcə isti olacaq.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a bildiriblər ki, martın 21-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq. Mülayim şimal-şərq küləyi əsəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4 dərəcə, gündüz 8-13 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında martın 21-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şimal və şərq rayonlarında havanın yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Aran rayonlarında havanın temperaturu gecə 0-5 dərəcə, gündüz 8-13 dərəcə isti, bəzi yerlərdə 17 dərəcəyədək isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə kimi isti, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti, bəzi yerlərdə 12 dərəcəyədək isti gözlənilir.
Bağla X