00:31
(077) 610-22-33

Tələbəni öldürən həkim həbs olunacaq? – FOTO

  • >
2 233 20 Mart 2015 23:11 | Cəmiyyət

Tələbə qızın ölümünə səbəb olan həkim həbs edilə bilər. Maliyyə-İqtisad Kollecinin tələbəsi Leyla Mürsəlovanı əməliyyat etmiş cərrah Sənan Mehdiyevin və anestezioloqun məsuliyyətə cəlb olunacağı gözlənilir.

Axar.az-ın "StarMed" klinikasından əldə etdiyi xəbərə görə, tələbənin valideynləri prokurorluğa bununla bağlı əlavə iddia verib. Onlar cərrahın həbsini tələb edirlər. Lakin tibb sistemindəki boşluqlar, o cümlədən Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin verdiyi rəylə həkimlərin sudan quru çıxacağı və növbəti dəfə qətlin ört-basdır ediləcəyi şübhəsizdir.

Xatırladaq ki, Şakir Musayevin rəhbərlik etdiyi Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyi artıq həkim cinayətlərini ört-basdır etmək sahəsində peşəkarlaşıb.

Digər xəbərdə isə bildirilir ki, sosial şəbəkələrdə cərrahın reklamı da var. Onun Feysbukda səhifəsi fəaliyyət göstərir. L.Mürsəlovanın əməliyyat zamanı ölməsi faktı ilə əlaqədar Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib.

Səhiyyə Nazirliyi isə "StarMed" klinikasının fəaliyyətini dayandırıb.

Tələbə burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən (anestezioloqun günahından) öldüyü ehtimal edilir.

Vurğulayaq ki, əməliyyat zamanı baş verən səhlənkarlıqdan ölüm hadisəsinə görə bütün tibb personalı məsuliyyət daşısa da, ekspertiza birmənalı olaraq digər həkimlərin məsuliyyətdən azad olunmasına şərait yaradır.
image description image description image description
Bağla X