01:34
(077) 610-22-33

Bakıda daha bir neçə yol təmirə bağlanacaq

  • >
2 037 25 Mart 2015 21:34 | Cəmiyyət

"Azəryolservis" ASC AzNews.az-a verdiyi məlumata görə bu gün axşam saat 23:00-dən etibarən təmir işləri ilə bağlı Heydər Əliyev prospektinin Həsənoğlu küçəsi ilə kəsişməsindən şəhər istiqamətinə, eyni zamanda Xətai prospektinin Yusif Səfərov küçəsinə çıxışı nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Martın 26-ı isə səhər saat 07:00-dan etibarən təmir işləri ilə bağlı Şəmsi Bədəlbəyli küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.

Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Bağla X