14:56
(077) 610-22-33

Vüqarın döyülməsində adı hallanan Kənan M.M. danışdı: "Qələt edir..."

  • >
8 729 27 Mart 2015 13:20 | Cəmiyyət

Azərbaycanlı müğənni Vüqar Muradov Rusiyanın paytaxtı Moskvada naməlum şəxslər tərəfindən meşədə vəhşicəsinə döyülüb.


Onun döyülməsində bir çox şəxslər kimi rejissor Kənan M.M.-nin də adı hallanıb.

Rejissor AzNews.az-a açıqlamasında bu olayda adının hallandırılmasına görə hiddətləndiyini gizlətməyib: "Hər şeyin həddi var. Kim adımı hallandırırsa, qələt edir. Məni yalnız Allah mühakimə edə bilər, bəndə qələt edir. Kimin sözü varsa, üzümə desin".

Kənan M.M. daha sonra müğənni Vüqar Muradovun başına gələnlərdən üzüldüyünü bildirib:
"Allah köməyi olsun, o da bir ailənin balasıdı. Azərbaycanlı olduğu üçün həqiqətən çox pis oldum. Özümü onun və ailəsinin yerinə qoydum. Az da olsa hansı hisslər kecirdiyni anlamağa çalışdım".

Xatırladaq ki, azərbaycanlı müğənni Vüqar Muradov Rusiyanın paytaxtı Moskvada təyyarədən endikdən sonra naməlum şəxslər onun başına sılah dayayaraq meşəyə aparıblar və soyundurduqdan sonra döyüblər. İfaçını huşsuz vəziyyətdə polislər tapıb. Deyilənə görə, o, Moskvaya toya gedib, hətta öncədən 1000 dollar beh də alıb.

Qeyd edək ki, rejissor Kənan M.M bir müddət əvvəl Vüqar və Vüsal Muradov qardaşları ərizəsi əsasında həbs olunmuşdu. Muradovlar müraciətlərində Kənan M.M-in bir qrup şəxslə zor tətbiq edərək, onları döyüb və bundan sonra rejissora Binəqədi Rayon Polis İdarəsi rejissora 221-ci maddə ilə cinayət işi də açılmışdı.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X