17:28
(077) 610-22-33

Nazənin şok faktlar açıqladı: “O qızı 13 yaşında ərə veriblər”

  • >
8 480 27 Mart 2015 13:44 | Cəmiyyət

Müğənni Nazənin oğlu ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.



O, AzNews.az-a açıqlamasında deyib ki, oğlu Fəxri ikinci dəfə ailə qurub: "Uşaqlarımın şəxsi həyatını heç vaxt gündəmə gətirməmişəm deyə oğlumun evlənmək məsələsini də ictimailəşdirmədim. Həmin qadın da Fəxrinin evləndiyini bilib bu hərəkəti edib. Həmin qadın oğlumun ailəsini dağıtmaq məqsədi ilə bu addımı atıb. Oğlumun həmin qadınla subay vaxtı münasibəti olub".

Müğənni deyir ki, həmin qadın 13 yaşında zorla ərə verilib: "O qadın 13 yaşında ərə verilib. Bir oğlu da var. Qız uşagı deyil ki, oğlumun üstündə qalsın.

Qeyd edək ki, ATV telekanalında yayımlanan "Öz aramızda" verilişində maraqlı anlar yaşanıb. Arzu Heydərova adlı qadın sosial şəbəkədə aparıcıdan kömək istəyib: "Ay oğlum, mən ölürəm. Qızım 3 gündü yoxdur. Mənim uşağımın həyatını müğənni Nazəninin oğlu məhv etdi, kömək elə". Həmin qadın daha sonra efirə zəng edib və bildirib ki, qızı həmin müğənninin oğlundan iki aylıq hamilədir. Və bildirib ki, müğənninin oğlu onu aldatdığı və başqası ilə evləndiyi üçün qız 3 gündür ki, evdən qaçıb.





Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X