20:38
(077) 610-22-33

Şəhid olan hərbiçimiz dəfn olundu - Foto

  • >
2 789 27 Mart 2015 19:30 | Cəmiyyət

Azərbaycan Silahlı Qüvvələrinin şəhid olan hərbçisi Kazımov Etibar Xudavi oğlu doğulduğu rayonda dəfn edilib.

APA xəbər verir ki, martın 26-da cəbhənin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində şəhid olan 30 yaşlı E. Kazımov Goranboy rayonun Safikürd kəndində torpağa tapşırılıb.

Şəhidin dəfn mərasimində onun yaxınları, hərbçi yoldaşları, Müdafiə Nazirliyinin və Goranboy rayon İcra Hakimiyyətinin təmsilçiləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Şəhidin qohumları vətən uğrunda canını verən igid övladları ilə şərəf duyduqlarını bildiriblər.

Xatırladaq ki, Milli Ordunun müddətdən artıq hərbi qulluqçusu E. Kazımov döyüş tapşırığını yerinə yetirərkən ermənilərin açdığı atəş nəticəsində şəhid olub. E. Kazımov 2 ay öncə ailə həyatı qurub.
Bağla X