07:14
(077) 610-22-33

İşdən çıxarılan baş həkim yeni vəzifəyə təyin edildi - Açıqlama

  • >
4 284 30 Mart 2015 11:32 | Cəmiyyət

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının keçmiş baş həkimi Mürsəl Həmidov yeni vəzifəyə təyin edilib.



Bu barədə məlumatı AzNews.az-a M.Həmidov özü verib. O, Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş həkimi vəzifəsinə təyin olunduğunu bildirib.

Mürsəl Həmidov yeni işinin icrasına bugündən başlayıb.

Qeyd edək ki, stansiyanın nəzdində 113 qaynar xətt xidməti fəaliyyət göstərir. Xidmətin əsas funksiyası respublikanın müxtəlif bölgələrinə həkimlərin vertolyotla aparılması, yaxud ağır xəstələrin vertolyotla paytaxta gətirilməsidir.

Nigar
Bağla X