Xəbər verildiyi kimi, Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda maraqlı hadisə yaşanıb. Xəbər verildiyi kimi, Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda maraqlı hadisə yaşanıb.

Qarabağ qazilərindən idmançımızın hərəkətinə - REAKSİYA

Xəbər verildiyi kimi, Rusiyanın paytaxtı Moskvada keçirilən və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kubokunda maraqlı hadisə yaşanıb.

Turnirin ilk günündə 90 kq-dək çəki kateqoriyasında yarışın qalibi erməni Aşot Danielyan, 2-ci yerin sahibi rusiyalı Viktor Osipenko olub. 3-cü yeri isə belaruslu Sergey Lesyakla azərbaycanlı Bəxtiyar Abbasov bölüşüblər. İdman qaydalarına uyğun olaraq qalib Aşot Danielyanın şərəfinə Ermənistan himni çalınıb. Bu zaman Azərbaycan idmançısı, əslən Dağlıq Qarabağın Xocavənd rayonunun Qaradağlı kəndində anadan olan Bəxtiyar Abbasov ayağa durmayıb.

İdmançımızın bu addımı sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. Kimisi bu addımı təqdir, kimisi isə tənqid edib. Bəs Qarabağ qazilərimiz nə düşünür? Qaziler.az saytı bu sualla Qarabağ qazilərinə müraciət edib.



"Qarabağ Qaziləri" Birliyinin sədri Etimad Əsədov: "Hər kəsin hər hansı bir məsələyə etiraz etmək hüququ var. Məncə, bu da idmançımızın Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətinə bir etirazıdır. Mən şəxsən hesab edirəm ki, idmançımız düzgün edib. Düşünürəm ki, ermənilərlə bütün təmaslar, mənasız və nəticəsi olmayan danışıqlar, görüşlər, istənilən çərçivədə onların Azərbaycana və ya əksinə Azərbaycanlıların Ermənistana olan səfərlər dayandırılmalıdır. Bu məsələdə bütün Azərbaycan vətəndaşları həmrəy olmalıdır."



"Vətən Müharibəsi Əlilləri" Birliyinin sədri Firudin Məmmədov: "Yaxşı olardı ki, idmançımız bu yarışda qalib gəlib qızıl medal alaydı. Yəqin ki, bunun üçün əlindən gələni edib. Amma idmandır, hər şey olur. Onun Ermənistan himini çalınarkən aşağı oturmasına gəldikdə isə, idmançımız düz edib. Bu, bir Azərbaycan vətəndaşının Ermənistanın işğalına etirazıdır. Hər kəs belə davranmalıdır."



Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu isə fərqli düşünür: "Düz hərəkət deyil! Biz düşmənə döyüş, siyasət, elm, mədəniyyət və idman meydanlarında qalib gəlməliyik! Və belə məğlub etməklə onları aşağılamalıyıq!"