06:23
(077) 610-22-33

Cavid Qurbanov qiymətləri aşağı saldı - Biletlər ucuzlaşdı

  • >
2 855 30 Mart 2015 23:17 | Cəmiyyət

3 şəhərə gedən qatarların biletləri ucuzlaşıb.

Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarında gedişhaqqı tarifləri aşaği salınıb. bu yaxınlarda isə bu tendensiya gürcüstana gedən qatarlarda da müşahidə olunacaq.

Əvvəllər 217 manat 31 qəpiyə başa gələn Bakıdan Moskvaya kupe vaqonda səyahət artıq 141 manat 44 qəpikdir.

Bakı-Xarkov sərnişin qatarına da biletlərin qiyməti 176 manat 20 qəpikdən, 114 manat 53 qəpiyə düşüb.

Beynəlxalq sərnişin daşımalarında artım Rusiya, Ukrayna və Gürcüstanda milli valyutanın dəyər itirməsinə görə baş vermişdi. Aparılan danışıqlar nəticəsində tariflərin 35 faiz aşağı salınmasına qərar verilib.

Mart ayından etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Hər iki istiqamət üzrə isə tariflərin bərabərləşdirilməsi üzrə razılaşma əldə olunub. SV vaqon üzrə Bakıdan-Tiblisiyə bir nəfər üçün gediş haqqının qiyməti 51 manatdır.

Xəzər Xəbər
Bağla X