Bilik Fondunun əməkdaşları Türkiyədə vacib görüşlər keçiriblər Bilik Fondunun əməkdaşları Türkiyədə vacib görüşlər keçiriblər

“Çanaqqala bütün Türk dünyasının şanlı zəfər tarixidir“

Bilik Fondunun əməkdaşları Türkiyədə vacib görüşlər keçiriblər



AZNEWS.AZ xəbər verir ki, Türkiyənin Yunis Əmrə İnstitutu 12- 22 mart tarixlərində Türkiyə - Azərbaycan dostluğunun 100 illik tarixi ilə əlaqədar "Yerində Tarix" lahiyəsini gerçəkləşdirib.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşlarının və könüllülərinin iştirak etdiyi layihə çərçivəsində 18 Mart Şəhidləri Anım Günü və Çanaqqala Zəfərinin 100- cü ildönümünə həsr olunmuş olduqca maraqlı görüşlər olub.
Müxtəlif ölkələrdən gələn elm xadimlərindən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanı Bilik Fondu Beynəlxalq layihələr sektorunun əməkdaşı Rauf Həsənov, Könüllülər Birliyinin idarə heyətinin üzvü Abbas Əliyev və Bakı Slavyan Universitetinin Türkiyə Araşdırmalar Mərkəzinin əməkdaşı Ramin Səmədov təmsil edib.
R.Həsənov əməkdaşımızla səfər təəssüratlarını bölüşüb.

- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının 17 mart tarixində Türkiyə Respublikasına rəsmi səfərində hər zaman olduğu kimi, dünyaya çox yerində bir mesaj verdi. Cənab Prezidentin fikirlərini olduğu kimi təkrarlamaq istərdim: "Biz gələcəyimizi tarixi gerçəklər üzərində qururuq. Tarixi olduğu kimi gənc nəsillərə çatdırırıq. Bəzi başqa ölkələr kimi tarixi təhrif etmirik. Gələcəyimizi yalan üzərində qurmuruq". Düşünürəm ki, 12- 22 mart tarixlərində iştirak etdiyimiz layihənin nəticəsi və davamlılığı bu amala xidmət edən çox gözəl bir nümunədir.

- Bu layihədən qazandığınız mənəvi amillər hansı oldu?

- Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun etibarlı əlaqələr qurduğu və müasir Türkiyə dövlətinin kültür diplomatiyasının önəmli aktorlarından birinə çevrilən Yunis Əmrə İnstitutu Çanaqqala müharibəsinin xatirəsinə ehtiram əlaməti olaraq "Yerində Tarix Layihəsi" ilə iki qardaş ölkəni bir araya gətirdi. Türk- Azərbaycan dostluğunu təmsil edən 25 azərbaycanlı gənc 10 gün ərzində Ankaradan başlayaraq İstanbul da daxil olmaqla, Türk- Osmanlı coğrafiyasının tarixini addım- addım kəşf etdi.

Osmanlı coğrafiyasının zəngin tarixini və mədəniyyətini beynəlxalq platformada tanıtmaq məqsədilə ciddi layihələr həyata keçirən Yunis Əmrə İnstitutu "Yerində Tarix Layihəsi" ilə iki ölkəni yenidən bir araya gətirdi. Yeni Türk- Azərbaycan dostluq körpüsünü quracaq 25 gənc Bakıdan Türkiyəyə yola düşdü. 10 gün boyunca heyət Ankara, Eskişəhər, Biləcik, Bursa, Çanaqqala, Ədirnə və İstanbulun tarixi məkanlarını gəzərək Osmanlı- Türk dövlətinin mədəni mirasını bir daha tanıdı və bu tarixin fəxarət yerimiz oldğunu hər birimiz növbəti dəfə özümüz üçün təsdiq etdik.

- Layihənin konkret məqsədi nə idi?

- Ankarada qarşılanma ziyafəti zamanı Yunis Əmrə İnstitunun başqanı hörmətli Prof. Dr. Hayati Dəvəli bəyin də qeyd etdiyi kimi, layihənin məqsədi mədəniyyətlərin beşiyi olan Türkiyənin çox zəngin bir tarixi mirasa sahib olduğunu təbliğ etməkdir. Qənaətimcə, uğurlu bir layihə həyata keçirilid. Bu münasibətlə Yunis Əmrə İnstitutun rəhbərliyini və bu işdə əməyi olan insanları təbrik edirəm. Adı keçən layihədə iştirak etməmə imkan yaratdığı üçün çalışdığım Bilik Fondunun rəhbərliyinə öz minnətdarlığımı bildirirəm. Ən azından ona görə ki, məktəb illərindən kitablardan oxuduğum tarixi məlumatları, mədəniyyət nümunələrini yerində öyrənməyimə fürsət yaradıldı.

Layihənin digər özəlliyi isə, pilot olaraq bizim ölkənin gənclərinə hədəflənmiş olması idi. Və Çanaqqala zəfərinin 100 illiyinə təsadüf etməsi idi. Çünki Çanaqqala zəfəri yalnız Türkiyənin deyil, bütün Türk dünyasının şanlı zəfər tarixidir. Bu qəhramanlıq dastanını yazanlar arasında üç mindən çox azərbaycanlı şəhidimiz də vardır. Məhz bu fakt Ulu Öndərimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" kəlamının bariz sübutudur.

Səfərimiz olduqca maraqlı keçdi. Yeri gəlmişkən, layihə zamanı Türkiyənin TRT Avaz televiziya kanalında canlı yayınlanan "Türküstan Gündəmi" adlı proqrama dəvət almışdıq və proqram əsnasında iki qardaş ölkənin ortaq mədəni dəyərlərindən bəhs edən məsələlər barədə geniş məlumat verildi.

Eyni zamanda, layihənin yeddinci günü, 19 mart tarixində Türkiyədə azərbaycanlı gənclərlə görüş keçirdik. Onlara Bilik Fondu haqqında məlumat verdik, Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətinin həyata keçirilməsində Bilik Fondunun rolu mövzusunda mühazirə deyildi. Maraqlı disskusiya şəraitində keçən görüşə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun, Bakı Slavyan Universitetinin və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin əməkdaşları da dəvət olunmuşdular.
image description image description image description image description