Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fəxri fərmana layiq görülüb. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fəxri fərmana layiq görülüb.

Şeyxə Rusiyada Fəxri fərman verildi - FOTO

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Fəxri fərmana layiq görülüb.



QMİ-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, martın 25-də Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində "Dərbənd – üç dinin şəhəri" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfransda Qafqaz Müsəlmanları İdarəsini QMİ sədrinin birinci müavini müfti Salman Musayev və İdarənin səlahiyyətli nümayəndəsi Surxay Məmmədli təmsil ediblər.

QMİ sədri A.Paşazadənin konfrans iştirakçılarına müraciət məktubunu oxuyan müfti S.Musayev Qafqazın dini liderinin xeyir-dualarını Dərbənd əhalisinə yetirib.

Beynəlxalq konfrans çərçivəsində A.Paşazadə YUNESKO-nun mədəniyyətlərarası anlaşma naminə dinlərarası dialoq üzrə kafedralar şəbəkəsinin (YUNİTVİN) Fəxri fərmanına layiq görülüb. Qafqaz müsəlmanlarının dini lideri Fəxri fərmanla "mədəni irsin qorunması, mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı işinə verdiyi böyük töhfəyə, habelə YUNESKO kafedrası nəzdində Şimali Qafqazın mənəvi ənənələrinin, onların mədəni özəlliklərinin korporativ tədqiqi üzrə bölmənin yaradılmasına göstərdiyi konstruktiv dəstəyə görə" təltif olunub.

Bundan başqa, Dərbənd şəhərinin Cümə məscidinin icması ilə görüş keçirilib. İcmanın sədri Seyidyəhya Seyidov Şeyxülislam A.Paşazadəyə səmimi salamlarını və xeyir-dualarını yetirməyi xahiş edib.
image description