Məlum olduğu kimi xalq yazıçısı Çingiz Abdullayev "Neftçi" futbol klubunda yeni yaradılan Müşahidə Şurasına sədr seçilib. Məlum olduğu kimi xalq yazıçısı Çingiz Abdullayev "Neftçi" futbol klubunda yeni yaradılan Müşahidə Şurasına sədr seçilib.

Çingiz Abdullayev AYB-dəki vəzifəsindən ayrılacaqmı?

Məlum olduğu kimi xalq yazıçısı Çingiz Abdullayev "Neftçi" futbol klubunda yeni yaradılan Müşahidə Şurasına sədr seçilib.


İndi onun Azərbaycan Yazıçılar Birliyinin katibi vəzifəsində qalıb-qalmayacağı sualı yaranır.

Yazıçılar Birliyinin mətbuat xidmətinin rəhbəri Xəyal Rza bununla bağlı AzNews.az-a deyib ki, Ç.Abdullayevin bundan sonra sözügedən qurumda fəaliyyətinin davam etdirilib-etdirilməməsi məsələsi müzakirə olunacaq:
"Bu barədə indidən heç nə deyə bilmərəm, çünki bu Çingiz müəllimin öz qərarı ola bilər. Ümumilikdə isə bu məsələ Yazıçılar Birliyində müzakirə olunacaq".

Qeyd edək ki, AFFA prezidenti Rövnəq Abdullayev xalq yazıçısı Çingiz Abdullayevi "Neftçi" İdman Sağlamlıq Cəmiyyətinin Müşahidə Şurasının sədri seçib. Bəhram Bağırzadə, Səməd Qurbanov, Mübariz Zeynalov, Cəbrayıl Məmmədov, Sadıq Sadıqov və Zaur Qəhrəmanov şuranın üzvləri təyin olunub.

Bahar RÜSTƏMLİ
AzNews.az