Daşkəsəndə yazıçı Çingiz Abdullayevin kitablarının satışı qeyri-rəsmi qadağan olunub. Daşkəsəndə yazıçı Çingiz Abdullayevin kitablarının satışı qeyri-rəsmi qadağan olunub.

İcra başçısı Çingiz Abdullayevə qadağa qoyub?

Daşkəsəndə yazıçı Çingiz Abdullayevin kitablarının satışı qeyri-rəsmi qadağan olunub.


Belə bir iddia Axar.az sayatında yayımlanıb. Sayt yazır ki, rayon icra başçısı Əhəd Abıyev yazıçının əsərlərinin satışını onun "Neftçi" prezidenti seçilməsinə etiraz olaraq bu gündən yasaqlayıb. Daşkəsəndə fəaliyyət göstərən kitab mağazalarında Ç.Abdullayevin romanları yığışdırılıb. İcra başçısının bu addımı atmasına səbəb onun "Xəzər-Lənkəran" azarkeşi olmasıdır.

Masallıda anadan olan icra başçısı cənub klubunun fanatıdır və ona dəstək verir. Lənkəran komandasının maliyyəçisi Mübariz Mənsimovun da Masallıdan olması Ə.Abıyevin klubun əzəli rəqibi "Neftçi"yə antipatiyası ilə müşahidə olunur.

Ç.Abdullayevin "Neftçi"yə rəhbər gətirilməsinə də ilk etiraz məhz Daşkəsəndən başlayıb və kitabları "samizdat" elan olunub.