“Xural” qəzetinin müsadirə olunan əmlakı geri qaytarılır. “Xural” qəzetinin müsadirə olunan əmlakı geri qaytarılır.

“Bu gün “Xural”ın əmlakını geri alacam” – Əvəz Zeynallı

“Xural” qəzetinin müsadirə olunan əmlakı geri qaytarılır.



Bu barədə AzNews.az-a "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallı məlumat verib.

Onun sözlərinə görə, qəzetin əmlakı bu gün saat 15:00-da Nərimanov Rayon Məhkəməsinin binasında yerləşən Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası İdarəsi tərəfindən icra olunacaq: "Bu İdarədən mənə zəng edərək dedilər ki, qəzetin 19 oktyabr 2011-ci ildə müsadirə edilən əmlakını sizə vermək üçün hazırlıqlara başlamışıq".

Əvəz Zeynallı əlavə edib ki, o vaxt qəzetin əmlakı müsadirə olunanda siyahı tutulub: "Həmin siyahının biri məhkəmədə, biri isə bizdədir. İndi həmin siyahı əsasında müsadirə olunan "Xural" qəzetinin əmlakı geri qaytarılacaq. Ümid edirəm ki, əmlakımın hamısını geri alacam".

Qeyd edək ki, bütün media nümayəndələri prosesləri izləməyə dəvətlidir.

Bahar RÜSTƏMLİ
AzNews.az