16:25
(077) 610-22-33

Ceyhun Osmanlı atasının işdən çıxarılmasından danışdı

  • >
5 053 2 Aprel 2015 12:27 | Cəmiyyət

Xəbər verildiyi kimi millət vəkili Ceyhun Osmanlının Göyçay Rayon İcra Hakimiyyəti başçısının aqrar məsələlər üzrə müavini vəzifəsində çalışan atası Yunus Osmanov vəzifəsini itirib.


Millət vəkili atasının işdən çıxarılmasına aydınlıq gətirib.

O, AzNews.az-a bildirib ki, islahatlarla bağlı verilən sərəncam hər hansı şəxslə bağlı deyil, bütün Azərbaycan rayonlarında icra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavinlərinin hər birinə şamil olunub:
"Azərbaycanda bütün sahələr üzrə, o cümlədən aqrar sektorda islahatlar gedir. Bu baxımdan Azərbaycanın bütün rayonlarında icra hakimiyyətlərinin aqrar məsələlər üzrə müavin vəzifəsi ləğv olunub. Bu, aqrar islahatların tərkib hissəsidir. Atam da da aqrar məsələlər üzrə vəzifə daşıdığına görə vəzifəsini itirib. Mən bunu çox normal qarşılayıram".

C.Osmanlı bu sərəncamı alqışladığını bildirib.

Millət vəkili inanır ki, atası Yunus Osmanov bundan sonra fəaliyyətini öz istisası üzrə davam etdirəcək.

Qeyd edək ki, aprelin 1-dən etibarən rayon icra hakimiyyətləri başçılarının aqrar məsələlər üzrə müavini ştatı ləğv edilib. Bu üzdən də Y. Osmanov vəzifəsindən uzaqlaşdırılıb.

Bahar RÜSTƏMLİ
AzNews.az
Bağla X