Bu gün dünyanın bir çox ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü qeyd edilir. Azərbaycanın orta və yaşlı nəslin nümayəndələri həmin günü çox gözəl xatırlayırlar. Bu gün dünyanın bir çox ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü qeyd edilir. Azərbaycanın orta və yaşlı nəslin nümayəndələri həmin günü çox gözəl xatırlayırlar.

Azərbaycanda “mayovka” niyə keçirilmir? – Jurnalistlərin cavabı

Bu gün dünyanın bir çox ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəyliyi günü qeyd edilir. Azərbaycanın orta və yaşlı nəslin nümayəndələri həmin günü çox gözəl xatırlayırlar.


May ayının 1-də sosial mənşəyindən, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəs uşaqları ilə birgə yaşadıqları şəhərin küçələrinə çıxaraq yürüş keçirir, bayram edirdilər. Düzdür, bu bayramdan sui-istifadə edənlərin sayı az olmayıb. Misal üçün, qardaş Türkiyədə hər ilin bu günü İstanbul şəhəri bir növ "döyüş meydanına" bənzəyib. Elə bu gün də o hal təkrar olunub.

Azərbaycanda isə müstəqillik əldə edildikdən sonra o bayram keçirilmir, ancaq buna baxmayaraq sovet insanları o bayramı hafizələrindən çıxarmayıb. Onların düşüncəsinə görə, bu bayram yenidən keçirilsə, daha məqsədəuyğun olardı.

Bununla bağlı AzNews.az jurnalistlər arasında sorğu keçirib.


"Azadlıq Radiosu"nun keçmiş əməkdaşı Rövşən Əliyevin fikrincə, sovet dövründə "zəhmətkeş həmrəyliyi" dekorativ idi: "Ona görə də həmin həmrəylik günü çox yaşamadı".


"Novosti-Azerbaijan" İnformasiya Agentliyinin siyasət şöbəsinin müxbiri Mürtəza Bünyadlı bildirir ki, 1 May bayramının keçirilməməsinin sadəcə bir səbəbi var: "O da dövlət quruluşunun dəyişikliyi ilə bağlıdır. Biz bir zamanlar yeniyetmə və gənc olanda SSRİ adlı bir dövlət var idi və bu bayram da o dövlətin də rəsmi bayramlarından biri hesab edilirdi. O dövlətin mövcudluğu zamanında ölkə əhalisi iki dəfə - 1 may Əmək günü və 7 noyabr Böyük Oktyabr Sosialist İnqilabı günü ilə bağlı parad keçirirdi. İndi isə belə bir ölkə olmadığından, digər tərəfdən də sosialist quruluşunu guya ki, cəmiyyətimiz qəbul etmədiyindən bu bayramı qeyd etmirlər. Amma bu bayramların da öz müsbət və mənfi tərəfləri var idi. Heç bir cəmiyyəti nə ideal, nə də neqativ hesab etmək olmaz. Bu gün gənclyin bu bayramı qeyd etməməsinin bir səbəbi də artıq bu günkü gəncliyin o bayram haqqında heç bir məlumatı olmamasıdır. Elə bil ki, bu tarix 100 il bundan öncə olubmuş. Bizim yeniyetmə dövrümüzdə "mayovka" çox məhşur idi. İnsanlar o zaman qrup halında təbiətin qoynuna, indiki terminlə desək, piknikə gedərdi. Kimi qoyun, quzu, çəpiş alıb bulaq başına gedərdi. Kimisi də evdən ərzaq götürüb bir yerə toplaşar, şənlənərdi. O dövrün bayramları daha çox gümrahlığı, şadyanalığı, sevincli anları ilə yadda qalardı. Baxmayaraq ki, insanlar elə də varlı deyildi. Amma sabaha ümid vardı. Düzdür, bu gün bir sıra ölkələrdə sosialist quruluşu olmasa da 1 May qeyd olunur. Məsələn, Türkiyə sosialist ölkəsi deyil, ancaq o bayram keçirilir. Baxmayaraq ki, 1970-ci illərdə polislərlə sakinlər arasında qarşıdurma olub və sosialist düçüncəli insanlar təqib edilib. Elə indinin özündə də belə hallara rast gəlinir. Bu gün də İstanbulda ciddi iğtişaşlar olub".


"Teleqraf.com" saytının redaktoru Zahid Nurəliyev hesab edir ki, 1 May əslində sovet dövründən deyil, 19-cu əsrin ortalarından qeyd olunur: "Keçmiş SSRİ-dən əvvəl bu bayram ABŞ-da, Avropa ölkələrində keçirilib. Bu bayram Rusiyada 1917-ci ildə rəsmiləşib və SSRİ dövründə də hər il zəhmətkeşlərin bayramı kimi tarixə düşüb. Hazırda 1 may Rusiyada və bir sıra postsovet respublikalarında keçirilir. Hətta, Ukrayna da bu bayramdan imtina etməyib".

Bahar RÜSTƏMLİ
AzNews.az