15:51
(077) 610-22-33

Sabah yağış yağacaq

  • >
1 471 2 May 2015 13:12 | Cəmiyyət

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal küləyi əsəcək.

Havanın temperaturunun gecə 8-13, gündüz 18-23 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 75-85, gündüz 50-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında mayın 3-də bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əksər rayonlarda əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Gecə və səhər duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 11-16, gündüz 22-26, dağlarda gecə 5-10, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Bağla X