Qaradağ rayonu, Lökbatan qəsəbəsində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib. Qaradağ rayonu, Lökbatan qəsəbəsində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.

Veteranlarla görüş keçirildi - Qaradağda (FOTOLAR)

Qaradağ rayonu, Lökbatan qəsəbəsində Böyük Vətən Müharibəsində faşizm üzərində qələbənin 70-ci ildönümü münasibətilə silsilə tədbirlər keçirilib.


AzNews.az xəbər verir ki, tədbirdə Milli Məclisin üzvü Ağalar Vəliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi Novruz Rəhimov, YAP Qaradağ rayon təşkilatının sədri Aydın Hüseynov, Şura üzvləri və müharibə veteranları iştirak ediblər.

Öncə Lökbatan qəsəbəsindəki "Şəhidlər" abidə kompleksinin önünə əklil qoyulub.

Daha sonra Heydər Əliyev Mərkəzində Böyük Vətən Müharibəsi iştirakçıları ilə görüş keçirilib.

Tədbiri giriş nitqi ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı Süleyman Mikayılov bildirib ki, bu gün hər bir vətəndaş, xüsusi ilə Azərbaycan gənci öz tarixini bilməli, həmin dövrdə babalarının əldə etdikləri qələbənin qiymətini dərk etməlidir. Qeyd edib ki, müharibədə qazanılan qələbədə Azərbaycanın böyük payı var. "700 minə yaxın Azərbaycanlı bu müharibədə iştirak edib, onların təxminən yarısı həlak olub. Ümummilli lider Heydər Əliyev tərəfindən bu bayrama xüsusi önəm verilməsi və həmin ənənənin bu gün də prezident İlham Əliyev tərəfindən davam etdirilməsi xalqımızın tarixi qəhramanlığına verilən qiymətin göstəricisidir".

Daha sonra çıxış edən Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ rayon İdarəsinin rəisi vəzifəsinin icraçısı mayor Novruz Rəhimov keçirilən bu cür tədbirlərin gənclərdə vətənpərvərlik hisslərini aşıladığını, onlara vətəni qorumağın nə qədər müqəddəs bir iş olduğunu təbliğ etdiyini söyləyib.

Tədbirin sonunda veteranların problemləri ilə maraqlanıblar, onlara Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən maddi və ərzaq yardımı verilib, səhhəti ilə əlaqədar iştirak edəbilməyən veteranların evlərinə baş çəkilib.
image description image description image description image description image description image description image description image description image description image description