Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu “Azov” alayına Mariupolda döyüş tapşırıqlarının yerinə yetirməsi üçün növbəti avtomobil hədiyyə edib. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu “Azov” alayına Mariupolda döyüş tapşırıqlarının yerinə yetirməsi üçün növbəti avtomobil hədiyyə edib.

Azərbaycan diasporu “Azov” alayı üçün avtomobil hədiyyə etdi - FOTO

Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporu “Azov” alayına Mariupolda döyüş tapşırıqlarının yerinə yetirməsi üçün növbəti avtomobil hədiyyə edib.


AzNews.az AZADİNFORM-a istinadən xəbər verir ki, "Volkswagen Vento Cl" avtomobili UABD üzvlərinin ianələri hesabına alınıb.

Qeyd edək ki, bu, Ukraynada yaşayan soydaşlarımızın Ukrayna ordusunun ehtiyaclarını ödəmək üçün aldıqları yeganə avtomobil deyil. Ukrayna Azərbaycanlılarının Birləşmiş Diaspora üzvləri digər diaspora nümayəndələrini də ümumi vətənin müdafiəsinə çağırıb. Könüllülərlə yanaşı, Ukrayna azərbaycanlıları ön cəbhəyə gedərək özlərini layiqincə göstəriblər. Bu barədə Ukrayna mətbuatına (http://geroika.org.ua/avtomobil-dlya-polku-azov/) açıqlama verən Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun sədr müavini Dmitrii Qulibaba bildirib ki, Balunun qəhrəmanlığı nəyə deyərsən dəyər: "Azərbaycan diaspora nümayəndələri bütün vilayət mərkəzlərində bizim ordunu dəstəkləyir və soydaşları arasında izahat işləri aparırlar. Azərbaycanlılar Dağlıq Qarabağda Rusiya işğalı ilə üzləşiblər və bu baxımdan Ukrayna xalqının acılarını gözəl anlayır. "Azərbaycanın sözü" qəzetinin "Xocalı" adlanan xüsusi buraxılışında biz 1992-ci il ilə 2014-cü il arasında paralellər apardıq. Aydın olur ki, qanlı düşmən o zaman da indi də, eyni üsulla hərəkət edir. Azərbaycanın təcrübəsini nəzərə alan Ukrayna özünün Silahlı Qüvvələrini möhkəmləndirir və şimal qonşusunun imperiya ambisiyalarına qarşı mübarizə aparmaq üçün könüllülər hərəkatı yaradıb".