09:28
(077) 610-22-33

I qrupa imtahan verənlərə şad xəbər - 6 ixtisasda minimal keçid balı

  • >
3 401 8 May 2015 11:33 | Cəmiyyət

“Təhsil Nazirliyi tərəfindən bu ildən ali təhsildə müəyyən ixtisaslar üzrə müsabiqəyə buraxılmaq üçün minimal bal tələbinin tətbiq edilməsi ilə bağlı təkliflər verilib. Bu təkliflər qəbul olunub və bu il keçiriləcək qəbul imtahanlarında nəzərə alınacaq”.


AzNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə deyib.

TQDK sədrinin sözlərinə görə, bu yenilik yalnız I ixtisas qrupu üzrə tətbiq ediləcək.

M. Abbaszadə qeyd edib ki, cari ildən ali məktəblərə qəbul zamanı müsabiqəyə buraxılmaq üçün minimal bal tələbi yalnız I qrupun 6 ixtisasında nəzərə alınacaq: "Bu yeniliklər barədə ali məktəblərə ixtisaslarla əlaqədar elanı hazırlananda, bakalavriat pilləsinə qəbul qaydaları açıqlananda ətraflı məlumat veriləcək".

Qeyd edək ki, bu vaxta kimi olan qaydalara əsasən, hər bir ixtisas üzrə minimal keçid balı qəbul imtahanlarından sonra abituriyentlərin göstərdiyi nəticələrə uyğun olaraq formalaşırdı. Bu ildən isə yalnız I qrupun 6 ixtisasına qəbul zamanı imtahanlardan öncə müəyyən edilən minimal keçid balını toplamaq tələb olunacaq. Digər ixtisaslarda isə qaydalar olduğu kimi qalacaq.
Bağla X