Bakıda daha bir neçə marşrut xəttinin istiqaməti dəyişdirilib. Bakıda daha bir neçə marşrut xəttinin istiqaməti dəyişdirilib.

Bu marşrutların da yolu dəyişdirildi

Bakıda daha bir neçə marşrut xəttinin istiqaməti dəyişdirilib.


Bu barədə "Qafqazinfo" ya Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin rəsmisi Vüqar İbrahimli məlumat verib. O bildirib ki, 155 nömrəli marşrut xətti Mehdiabad qəsəbəsindən hərəkətə başlayır, son dayanacağı isə Azadlıq metrosudur: "Bundan əlavə, 165 nömrəli marşrutun başlanğıc istiqaməti Gənclər şəhərciyi, son dayanacağı isə Azadlıq metrosudur".

Qeyd edək ki, qərardan əvvəl 155 saylı marşrutun son dayanacağı Nərimanov metrosu, 165-in isə son dayanacağı ATV telekanalının yanı idi.