Bu gün Qafqaz Müsəlmanları İdarəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Konfrans keçirilib. Bu gün Qafqaz Müsəlmanları İdarəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Konfrans keçirilib.

“Heydər Əliyev kimi şəxsiyyətlər yüzilliklər ərzində tək-tək yetişir”

Bu gün Qafqaz Müsəlmanları İdarəsində Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə Konfrans keçirilib.



QMİ-nin Mətbuat Xidmətindən AzNews.az-a verilən məlumata görə, konfransda Azərbaycan hökumət və parlament təmsilçiləri, Azərbaycandakı dini konfessiyaların rəhbərləri, tanınmış elm, din və ictimaiyyət xadimləri iştirak ediblər.

Tədbirdə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə çıxış edib:

"Heydər Əliyev həzrətləri kimi şəxsiyyətlər hər bir xalq və məmləkət üçün yüzilliklər ərzində tək-tək yetişir. Bu insanın dövlətçilik, rəhbərlik qabiliyyətləri dünya miqyasında hamıya məlumdur. Lakin zənnimcə, bu görkəmli şəxsiyyətin, ilk növbədə, böyük mənəviyyat sahibi olması xüsusi əhəmiyyətə malikdir. Bu mənəviyyat illərlə, onilliklərlə onun Vətənə, millətə xidmətinin cövhərində olub".

A. Paşazadə 9 və 10 may tarixlərində məscidlərdə oxunan moizələrdə Heydər Əliyevin ruhuna duaların oxunacağıını bildirib.


AzNews.az