İyunun 5-də Bakı-Sumqayıt dəmir yolu xətti istifadəyə veriləcək və gətiriləcək yeni qatarlar həmin xəttə buraxılacaq. İyunun 5-də Bakı-Sumqayıt dəmir yolu xətti istifadəyə veriləcək və gətiriləcək yeni qatarlar həmin xəttə buraxılacaq.

Bakı-Sumqayıt dəmir yolu bu tarixdə açılacaq

İyunun 5-də Bakı-Sumqayıt dəmir yolu xətti istifadəyə veriləcək və gətiriləcək yeni qatarlar həmin xəttə buraxılacaq.


AzNews.az "Report"a istinadən xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov jurnalistlərə deyib.

Onun sözlərinə görə, Bakı sərnişin vağzalında və Sumqayıta gedən dairəvi yolda təmir işləri gedir: "Yeni platformalar tikilir və turniketlər qurulur. İşlər nəzərdə tutulduğu vaxtda yekunlaşsa iki mərtəbəli qatarlar gətiriləcək. Olmasa, içərisində kondisioner, Wİ-Fİ, sanitar qovşağı olan digər qatarlar gətiriləcək".

O qeyd edib ki, Avropa Oyunlarına hazırlıq çərçivəsində görüləcək işlər sırasında "Koroğlu" metro stansiyası arasında qatarların xəttə buraxılması da gözlənilir.