Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılış gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub. Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılış gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

12 iyunda iş olacaqmı? – Millət vəkilləri layihə barədə danışır

Bu il Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının açılış gününün - 12 iyunun qeyri-iş günü elan edilməsi təklif olunur. Bununla bağlı Azərbaycan Prezidenti tərəfindən parlamentə layihə daxil olub.

AzNews.az məsələ ilə bağlı millət vəkillərinin fikirlərini öyrənib.


Milli Məclisin üzvü Zahid Oruc bu qərarın həm xarici qonaqlar, həm də yerli əhali üçün faydalı olacağını düşünür: "Sözügedən tarixdə yerli əhali, xarici qonaqlar da daxil olmaqla 10 minlərlə insan açılış mərasiminə gedəcək. Bu baxımdan nəqliyyat sisteminin də üzərinə böyük yük düşür. Xarici qonaqların burada yerləşdirilməsi, həmçinin onların açılış mərasiminə aparılması üçün təşkilatı işlərin həyata keçirilməsi vacibdir. Bütün bunların yerli-yerində qurulması üçün 12 iyunun qeyri iş günü elan olunması ilə bağlı dövlət başçısının irəli sürdüyü layihə faydalıdır. Əminəm ki, millət vəkilləri hamısı layihənin lehinə səs verəcək. Avropa Oyunlarının işinə müsbət təsir göstərəcəyini nəzərə alaraq bu layihəyə müsbət mövqe göstərəcəyik".


Deputat İqbal Ağazadənin fikrincə, Oyunların açılış gününün qeyri-iş günü olması məntiqlidir: "Çünki insanlar açılışı rahat izləyə biləcək. Hesab edirəm ki, bu layihənin qəbul olunması lazımdır. Mən lehinə səs verəcəm. Ümumiyyətlə isə layihə yalnız bu il üçün nəzərdə tutulub. Növbəti illərə şamil edilməyəcək".


Millət vəkili Nizami Cəfərov hesab edir ki, belə bir tarixi hadisənin gerçəkləşdiyi tarixin qeyri-iş günü elan edilməsi yerli əhali üçün faydalı olacaq: "Avropa Oyunlarının Azərbaycanda, Bakıda keçirilməsi Azərbaycanın iqtisadi gücündən xəbər verən bir hadisədir. Oyunların açılışı günü nəqliyyatın hərəkətində heç bir maneənin olmaması, insanların bu möhtəşəm hadisəni rahat izləyə bilməsi üçün ölkə başçısının təqdim etdiyi layihə müsbət qarşılanmalıdır. Mən burada hansısa sual doğuran məqam görmürəm və layihənin lehinə səs verəcəyəm".

Nigar ETİBAR
AZNEWS.AZ