04:22
(077) 610-22-33

Fransalı senatordan Azərbaycanla bağlı heyrətamiz - YAZI

  • >
21 317 13 May 2015 13:10 | Cəmiyyət

Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri, senator Natali Qule Fransanın "Le Huffington Post" qəzetində Azərbaycan haqda maraqlı bir məqalə dərc edib.

AzNews.az həmin məqaləni təqdim edir:

Azərbaycan müstəqilliyini yeni əldə etmiş dövlətdir. O, Cənubi Qafqazda bizim müttəfiqimizdir. Ermənistan Rusiyanın marianetkası olarkən, Gürcüstanda Abxaziya və Cənubi Osetiya ümumi etinasızlıqla işğal edilərkən Azərbaycan müstəqil bir dövlət kimi bizim müttəfiqimiz olub. Özü də hələ nasizmlə mübarizə dövründən. İkinci Dünya müharibəsində qələbəni qeyd etdiyimiz bir zamanda müttəfiqləri ilə çiyin-çiyinə döyüşən Azərbaycan kontingentini xatırlamamaq olmaz. Yeri gəlmişkən, Averonda Azərbaycan döyüşçülərinin xatirəsinə Müqavimət abidəsi də ucaldılıb.



Bundan əlavə, 20 il əvvəl Azərbaycan ərazisinin 20 faizinin işğal edilməsi ilə üzləşib: qonşu Ermənistan Dağlıq Qarabağı, eləcə də Kəlbəcər, Laçın, Qubadlı, Cəbrayıl, Zəngilan, Ağdam və Füzuli rayonlarını zorla ələ keçirib. Bu yeddi əyalət beynəlxalq hüquq normalarının pozulması yolu ilə işğal edilib. Ötən həftə Fransa Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini təsdiqləyib.

Nəhayət, Azərbaycan - terrorizmlə mübarizə və Qafqazda təhlükəsizlik sahəsində strateji müttəfiqdir. Bu kiçik neft ölkəsi şimaldan xirtdəyinə kimi silahlanmış Rusiya və cənubdan qorxu hissi yaradan İranla əhatə olunub. Bu ölkələr bizim müttəfiqimizlə pis rəftar edirlər. Heç kim bu ölkədəki dini azadlıq və dünyəvi dövlət prinsiplərinə əməl olunmasına fikir vermir. Deməli, Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatına üzv olmaqla bərabər İsraillə diplomatik və iqtisadi əlaqələr saxlaması, Ermənistanla açıq silahlı münaqişə şəraitində olmasına baxmayaraq, Avropa İttifaqının diplomatik standartlarına əməl etməsi vacib deyil. Xeyir, bütün bunlar barəsində heç kim xatırlamır.



Bu kiçik ölkənin onu müdafiə edə biləcək xarici diasporu və tanınmış müğənnisi yoxdur. Buna baxmayaraq, Heydər Əliyev Fonduna rəhbərlik edən ölkənin birinci xanımı Mehriban Əliyeva mədəni və humanitar layihələrin həyata keçirilməsində yaxından iştirak edir: bütün dünyada muzeylərə dəstək verir, Pakistan kimi kasıb ölkələrdə məktəb və xəstəxanalar açır. Təəssüf ki, Azərbaycanı istəməyən qüvvələr bəzən bu xeyriyyə tədbirlərinin yalnız dəstək almaq üçün edildiyi barədə şayiələr yayırlar. Başqasının əməllərini dəyərsizləşdirmək və gözdən salmaq üçün belə dezinformasiyalar yaymaq sadəcə adamı qıcıqlandırır.

Bizim paxıl cəmiyyətimiz başqalarının fəaliyyətini yalnız adət etdiyimiz prizmadan dəyərləndirməyə qadirdir! Əgər pulsuz nəsə edilirsə, deməli, əvəzində nəsə gözləmək lazımdır. Bəs əgər belə deyilsə?

Bu mənə "Katrina" qasırğasından sonra 100 milyon dollar yardım alan Amerika hakimiyyətinin utancverici susqunluğunu xatırladır. Bu barədə mətbuatda bir kəlmə belə yer almamışdı, heç "çox sağ ol" da. Bu, nifrətdən başqa heç nə doğurmur.

Nə üçün jurnalistlər özlərini heç bir izahat, analiz, qiymətləndirmə olmadan tənqid etmək hüququna malik hesab edirlər? Düzdür, Azərbaycan demokratiya yolunda hələ çox yol qət etməlidir. Lakin, məgər bu, regionda, hətta bütün dünyada tək ona aiddir? Bu qədər nifrət haradandır?

Əgər Azərbaycanın dostları varsa, "o mütləq onları satın alıb..." Lakin, mən özümü bu dövlətin dostu hesab edirəm. Mən onun xalqını tanıyıram və sevirəm. Mən işğalçı Ermənistan tərəfindən tutulan torpaqlarını tərk etmək məcburiyyətində qalan milyonlarla qaçqınların geri qayıtmasına nail olmaq istəyirəm. Bakıdan kənarda yaşayan minlərlə sadə və ləyaqətli insanlar prezidentin ölkənin ərazi bütövlüyünün qorunması yönündəki fəaliyyətini dəstəkləyir.

Bizim bu dövlət və xalqla qədim və möhkəm dostluğumuz var. Və mən istəyirəm ki, bizim qeyri-obyektiv jurnalistlərimiz Azərbaycanın sadəcə bu dünyada var olmağa çalışan, inkişafetməkdə olan müttəfiq-dövlət olduğunu nəhayət ki, başa düşsünlər. Çünki, Azərbaycan həqiqətən də özünün bərpa olunan sərhədləri çərçivəsində regionun stabillik və inkişafına töhfə vermək istəyir.




Azərbaycancaya çevirdi: Aydan Axundova
Bağla X