İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının fəaliyyət müddəti bitən 3 üzvünün yerinə namizədlikləri irəli sürülənlərin siyahısı müzakirə olunub. İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının fəaliyyət müddəti bitən 3 üzvünün yerinə namizədlikləri irəli sürülənlərin siyahısı müzakirə olunub.

İTV Yayım Şurasına namizədlərin SİYAHISI

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasının fəaliyyət müddəti bitən 3 üzvünün yerinə namizədlikləri irəli sürülənlərin siyahısı müzakirə olunub.

AzNews.az xəbər verir ki, müzakirə Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında aparılıb.

Komitə sədri Nizami Cəfərovun sədrliyi ilə keçən namizədlər təqdim edilib. Bunlar namizədliyi Sahibkarlar Şurası tərəfindən irəli sürülən Zeynalov Vüqar Eldar oğlu, Ələkbərov İsmayıl Xəlil oğlu, gənclər təşkilatları tərəfindən irəli sürülən Seyidov Mirhəsən Mirheydər oğlu, Həsənəliyev Turqay Eldar oğlu, qadın cəmiyyətləri tərəfindən irəli sürülən Yusifova Sevil Şərif qızı, Abdullayeva Ülkər İsmayıl qızıdır.

Qeyd olunan şəxslərdən ümumilikdə 3 nəfər artıq müddətləri bitmiş Namiz Məmmədovun, Fuad Muradovun və Zərifə Salahovun yerlərinə seçilirlər.