Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli vəzifəsindən azad olunub. Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli vəzifəsindən azad olunub.

Nazirin mətbuat katibi istefa verdi

Azərbaycan Respublikası Energetika Nazirliyinin mətbuat katibi Azər Mənsimli vəzifəsindən azad olunub.


AzNews.az AZADİNFORM-a istinadən xəbər verir ki, bu barədə A.Mənsimli özü məlumat verib.

Öz xahişimlə işdən azad olunduğunu bildirən A.Mənsimli 10 ilə yaxın müddətdə bacardığını etdiyini söyləyib: "Lakin uzun zamandan bəri dostlarımın çoxsaylı təklifləri və təkidləri ilə barışmalı oldum. Bilirsiniz ki, bəlkə də ən azı dünyanın üçdə ikisini gəzmişəm. Düşündüm ki, öz gücümü və potensialımı böyük biznesdə sınamağın vaxtı artıq çatıb. Bu yolda mənə dəstək olan bütün dostlarıma təşəkkür edirəm. 10 il bir yerdə çalışdığım səmimi insan, əsl ziyalı, gerçəkdən hər zaman mənə dəstək olan, öz insanpərvərliyi ilə nümunə olan cənab nazirim Natiq Əliyevə mənə bu izni verdiyi üçün minnətdarlıq edirəm".