Vicdan məhbusu, hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində kəskin ağırlaşma baş verib. Vicdan məhbusu, hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində kəskin ağırlaşma baş verib.

İntiqam Əliyevin səhhəti kəskin pisləşib - hərəkət edə bilmir

Vicdan məhbusu, hüquq müdafiəçisi İntiqam Əliyevin səhhətində kəskin ağırlaşma baş verib.


AzNews.az musavat.com-a istinadən xəbər verir ki, bu barədə hüquqşünasın vəkili Cavad Cavadov sosial şəbəkə vasitəsilə ölkə jurnalistlərinə ünvanladığı açıqlamada bildirib.

C.Cavadov yazıb: "Bu gün İqtiqam Əliyevlə görüşmək üçün Bakı İstintaq Təcridxanasına getmişdim, İntiqam müəllim görüşə gəlmədi və xəbər göndərdi ki, belində kəskin ağrılara görə hərəkət edə bilmir, çox həyəcan verici bir xəbərdir. Hazırda Penitensiar Xidmətə və Bakı İstintaq Təcridxanasına müraciətlər hazırlayıram".

Qeyd edək ki, İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinib.