18:30
(077) 610-22-33

Korrupsiya ilə bağlı İctimai Forum keçirilib

  • >
1 389 15 May 2015 18:38 | Cəmiyyət

İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə korrupsiya əleyhinə layihəsi davam edir.


AzNews.az xəbər verir ki, bu gün "Korrupsiyasız gələcək:Vətəndaş fəallığının artırılması və antikorrupsiya tədbirlərinin təşkili" layihəsi çərçivəsində növbəti tədbir Sumqayıtda keçirilib. Forumda vətəndaş cəmiyyəti sektorunun təmsilçiləri, idarə və müəssisə əməkdaşları, media və QHT təmsilçiləri, sosial şəbəkə aktivləri iştirak edib. İctimai forumu İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədri, layihənin rəhbəri, jurnalist Rəfail Becanov açıb. Layihənin məqsədləri və görülən işlər haqqında çıxış edən Rəfail Becanov bildirib ki, layihə korrupsiya ilə mübarizədə dövlət siyasətinə dəstək vermək və görülən işlərlə bağlı ictimaiyyətə məlumatların çatdırılmasıdır. Bakıda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qərəzli münasibət göstərən bəzi beynəlxalq təşkilatlara çatdırmaq istərdik ki, Azərbaycanda korrupsiya və rüşvətlə mübarizə üçün dövlətin öz iradəsi var və bu siyasət davamlı şəkildə həyata keçirilir. Son zamanlar bəzi işbazların, dövlət qulluçularının həbsi məhz korrupsiya ilə mübarizədən irəli gələn hadisədir: "Biz yaxşı bilirik ki, demokratik dəyərlərin, insan hüquqları və azadlıqlarının möhkəmlənməsini, açıq cəmiyyətin formalaşmasını əngəlləyən əsas maneələrdən biri korrupsiyadır. Korrupsiyaya qarşı mübarizə sahəsində Azərbaycan Respublikasının qanunvericiliyi çox mühüm və bütün beynəlxalq standartlara uyğundur. Açıq cəmiyyətin formalaşması əsas prioritetdir. Bununla bağlı böyük işlər görülüb və hazırda da davam edir. Bizim çox ciddi nümunəmiz var – "ASAN" xidmət. Artıq dünya bu təcrübəni öyrənir. Bununla belə hesab edirik ki, vətəndaş fəallığının artırılması ilə korrupsiyaya qarşı mübarizə siyasətini daha da gücləndirə bilərik. Hazırda hökumətlə vətəndaş cəmiyyəti arasında iş birliyi vardır və bu sahədə birgə fəaliyyət göstərmək imkanları mövcuddur. Amma bütünlükdə cəmiyyəti səfərbər etmək hələ mümkün olmayıb. Ona görə də mövcud olan formatın tərkibi genişlənərək, geniş spektri əhatə edərsə, daha faydalı olar. Bunun üçün də əsas yük QHT-lərin və medianın üzərinə düşür".

Sonra layihənin ekspertlər şurasının üzvü, hüquqşünas Mehman Muradlı geniş məruzə ilə çıxış edib. O, tədbir iştirakçılarına ölkədə korrupsiya ilə bağlı həyata keçirilən tədbirlər, korrupsiya və rüşvət faktına görə başlanan cinayət işləri, korrupsiya ilə mübarizə üçün qəbul edilən hüquqi aktlardan və qanunvericilik toplusu haqqında geniş məlumat verib: "Korrupsiyaya qarşı mübarizə haqqında" Azərbaycan Respublikası Qanunu, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər), "Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsi tədbirləri haqqında" (Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 9 avqust Fərmanı), "Azərbaycan Respublikasında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair" (2000-ci il 8 iyun tarixli fərman), "Şəffaflığın artırılması və Korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" (Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamı), Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı (Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı) qanunvericilik bazası, eləcə də mövcud komissiya və idarənin (Korrupsiyaya qarşı Mübarizə Komissiyası, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi) fəaliyyəti ölkədə korrupsiya hallarının azaldılması üçün yetərli fəaliyyət göstəriciləridir. Son zamanlar onlarla korrupsiya faktı aşkarlanıb və tədbir görülüb. Hesab edirik ki, bundan sonra da bu proses davam edəcək. Bizim əsas işimiz rastlaşdığımız faktları ictimailəşdirmək, dövlət qurumlarına çatdırmaqdır".

Layihənin ekspertlər şurasının üzvü, İnsan Hüquqları və Maarifçilik İctimai Birliyi sədrinin müşaviri, psixoloq Fərqanə Mehmanqızı korrupsiya və rüşvətin yaratdığı psixoloji problemlər mövzusunda məruzə ilə çıxış edib. O, bildirib ki, bütün cəmiyyətlərdə korrupsiya və rüşvət iqtisadi və hüquqi cinayət faktı olmaqla yanaşı həm də cəmiyyətdə psixoloji problemlər yaradır: "Korrupsiya və rüşvət bütün cəmiyyətlərin problemidir. Özünü ən demokratik, ancaq qanunların işlədiyi cəmiyyət, ölkə sayan xalqlarda və dövlətlərdə də korrupsiya mövcuddur. İstər Avropa, istərsə Afrika, Amerika cəmiyyətləri də daim bu problemdən əziyyət çəkir. Həmin ölkələrin qarşılaşdıqları korrupsiya və rüşvət faktları ilə bağlı onlarla nümunə göstərmək olar. Korrupsiya və rüşvət cəmiyyətlərdə psixoloji gərginlik yaradır, bu da müxtəlif cinayətlərə səbəb olur. Sevindirici haldır ki, Azərbaycanda dövlət səviyyəsində bu problemə qarşı ciddi mübarizə aparılır. Korrupsiya faktları ilə bağlı cinayət işləri açılır, əməllərində korrupsiya faktı olan şəxslər cəzalandırılır. Rüşvətlə mübarizə də bu gün yüksək səviyyədə həyata keçirilir".

"Tərəqqi" Sosial-İqtisadi Araşdırmalar İctimai Birliyinin sədri, "Tərəqqi" medallı, iqtisadçı-ekspert İndira Şəmsivari çıxış edərək bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə uğurla aparılır və biz bunun effektini görürük: "Bəzi beynəlxalq təşkilatlar Azərbaycanda keçiriləcək Birinci Avropa Oyunları ərəfəsində ölkəmizə qarşı qərəzli korrupsiya faktları ilə çıxış edir. Amma biz bilirik ki, bütün bunlar qərəzdən irəli gəlir. Avropa Oyunları ilə bağlı səslənən bütün korrupsiya faktlarının yalan olduğu tez bir zamanda üzə çıxdı. Bu da onu göstərir ki, dövlətimiz digər sahələrdə olduğu kimi, korrupsiya ilə mübarizədə də öz strategiyasını müəyyənləşdirib və bütün bunlar qanunlarla tənzimlənir".

Əlilllərin Beynəlxalq Əməkdaşlığı Uğrunda İctimai Birliyinin təmsilçisi Mehdi Novruzov korrupsiya əleyhinə layihələrin əhəmiyyətindən danışaraq bilidirib ki, bu, cəmiyyətin inkişafı üçün olduqca vacibdir. Ona görə ki, vətəndaşlar fəallaşdıqca, vətəndaş cəmiyyəti inkişaf edəcək.
"Loğman" İctimai Birliyinin sədri Tahir Nağıyeva korrupsiya ilə mübarizə istiqamətində görülən işlərin müsbət nəticə verdiyini bildirib.

Əlil Qadınlar Təşkilatı Sumqayıt şöbəsinin sədri Səbinə Kərimova çıxışında bildirib ki, ölkədə ictimai müaqvimət təşkil olunmalı və vətəndaşlarımız da dövlətə bu məsələdə yardım etməlidir. Xüsusən sosial şəbəkələrdə fəallıq gücləndirilməlidir. Eyni zamanda bu müqaviməti artırmaq üçün korrupsiyaya dair sosioloji tədqiqatların aparılması və ictimai müzakirələrin təşkilinə ehtiyac vardır.

Sumqayıt şəhər Təhsil Şöbəsinin Metodkabinet direktoru Sabir Məmmədov çxış edərək bildirib ki, korrupsiyanın dayandırılmasında və qarşısının alınmasında ən əsas rolu hökumət oynayır Bu gün hökumətin iradəsi var və buna dəstək olmaqla cəmiyyətimizin problemdən tam qurtulmasına nail olmaq mümkündür.
Bağla X