02:55
(077) 610-22-33

UNESCO-nun baş direktoru Azərbaycana səfərə gəldi

  • >
884 16 May 2015 23:11 | Cəmiyyət

UNESCO-nun baş direktoru İrina Bokova Bakıda keçiriləcək Üçüncü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək üçün mayın 16-da Azərbaycana səfərə gəlib.



Trend-in məlumatına görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda İrina Bokovanı UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva və digər rəsmi şəxslər qarşıladılar.

İrina Bokova bildirib ki, dünyada baş verən münaqişələr fonunda ümumbəşəri dəyərlərin müdafiə olunması, bütün sahələrdə mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsi Forumda əsas müzakirə mövzuları olacaq.

Forumun UNESCO-nun ümumi proqramında layiqli yer tutduğunu qeyd edən İrina Bokova onun müvəffəqiyyətlə keçəcəyinə əmin olduğunu bildirib.
image description image description image description
Bağla X