Dövlət Gömrük Komitəsində kadr islahatları davam edir. Dövlət Gömrük Komitəsində kadr islahatları davam edir.

Gömrükdə daha bir kadr dəyişikliyi - Misir Mərdanovun kürəkəninin yerinə təyinat

Dövlət Gömrük Komitəsində kadr islahatları davam edir.


AzNews.az xəbər verir ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin bir neçə gün əvvəl başqa vəzifəyə göndərilən I müavini Azər Məmmədovun yerinə yeni təyinat olub. Bundan sonra həmin vəzifəni əvvəllər aeroportun VİP zalının rəhbəri olan polkovnik Elmir Quliyev icra edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev üç rayonun (Astara, Xaçmaz və Biləsuvar) gömrük idarəsinin rəisini işdən çıxarıb. Bu dəyişiklikdən sonra sabiq təhsil naziri Misir Mərdanovun kürəkəni Azər Məmmədov Xaçmaz Gömrük İdarəsinə rəis göndərilib.

***

Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən AzNews.az-a bildirilib ki, idarə rəisinin I müavini vəzifəsi müvəqqəti olaraq Elmir Quliyevə tapşırılıb: "Onun bu vəzifəyə təyin olunması rəsmən təsdiqlənməyib".

Azər
AzNews.az