8-ci mikrorayonda yaşayan və binalarının üzlüyü penoplastdan olan bəzi bina sakinləri yaşadıqları evin örtüyünü sökməyə başlayıblar. 8-ci mikrorayonda yaşayan və binalarının üzlüyü penoplastdan olan bəzi bina sakinləri yaşadıqları evin örtüyünü sökməyə başlayıblar.

Bakıda penoplastları sökməyə başladılar – Yanğına etiraz (Foto)

8-ci mikrorayonda yaşayan və binalarının üzlüyü penoplastdan olan bəzi bina sakinləri yaşadıqları evin örtüyünü sökməyə başlayıblar.


AzNews.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə foto yayılıb. Məlumata görə, sakinlər baş vermiş yanğın hadisəsinə etiraz əlaməti olaraq, öz binalarının penoplast örtüyünü sökürlər.

Məlumat üçün bildirək ki, bu gün Bakıda baş verən dəhşətli yanğına səbəb binanın tezalışan materialla üzlənməsi olub.

Bu barədə baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib. Oxşar hadisənin 2-ci dəfə təkrarlanması isə paytaxt sakinlərinin qəzəbinə səbəb olub.



Qeyd edək ki, hadisə bu gün Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən 16 mərtəbəli yaşayış binasında güclü yanğın qeydə alınıb. Son məlumatlara görə, yanğın nəticəsində 15 nəfər ölüb, 64 nəfər yaralanıb. Ölən və yaralıların sayının artacağı istisna edilmir.