09:40
(077) 610-22-33

Yanan binada qeydiyyatda olan 49 ailəyə kompensasiya verildi

  • >
1 466 20 May 2015 12:42 | Cəmiyyət

40 ailə qohumlarının evlərində və kirayə evlərdə yerləşib


Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə yanğın baş vermiş Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında qeydiyyatda olan 49 ailəyə artıq kompensasiya verilib.

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən APA-ya verilən məlumata görə, 40 ailə onlara verilən məbləğ hesabına qohumlarının evlərində, yaxud kirayə evlərdə yerləşib.

Kompensasiya verilən 9 ailə pansionatda yerləşmək istəyib. Bu ailələrdən 7-si dünən Goradildə (Sərhədçilər pansionatı) və Buzovnada yerləşən pansionatlarda yerləşdirilib. 2 ailə isə bu gün pansionata köçürüləcək.
Bağla X