18:12
(077) 610-22-33

İcra başçısı: “Hər ailəyə 1000 manat yardım edilib“

  • >
1 112 20 May 2015 13:17 | Cəmiyyət

Bakının Binəqədi rayonunda yanğın baş verən binanın qarşısında sakinlərin siyahıya alınmasına başlanılıb.


AzNews.az report-a istinadən xəbər verir ki, sakinlərin yaşadığı mərtəbə və bloklar müəyyənləşdirilir.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İskəndərov jurnalistlərə açıqlamasında deyib ki, sakinlər aşağı mərtəbələrdən başlayaraq sıra ilə bir-bir hər kəs evinə baxış keçirəcək: "İlk olaraq Qarabağ əlilləri içəri buraxılmalıdır. Binada 53 ailə yaşayır və onlardan demək olar ki, 4-5 nəfəri istisna olmaqla digərlərinə 1000 manat yardımı edilib. Hazırda Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abıtalıbov hadisə ilə bağlı yaradılan qərargahdadır. Müzakirələr gedir. Zərərçəkənlər qərargaha yaxınlaşaraq müavinətləri götürməyənlər pullarını götürürlər. Digər üzlənmiş binaların vəziyyəti ilə bağlı komissiya işləyir. Yaxın zamanlarda bu barədə dövlət qərar qəbul edəcək. Tapşırıq verilib ki, insanlar içəri növbə ilə girsin və hansı sənədlərinin qalması ilə bağlı məlumatlı olsunlar".

Hazırda bina sakinləri sıra ilə blokların qarşısında durub evlərindəki vəziyyəti öyrənmək binaya daxil olur.
Bağla X