- Köhnə - Cəmiyyət
- 21 May 2015 14:34
- 2 110
Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında mayın 22-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Şimal-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 12-16, gündüz 21-26 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 50-60 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında mayın 22-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16, gündüz 27-31, dağlarda gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.