AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılan Etibar Babayev məsələyə aydınlıq gətirib. AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılan Etibar Babayev məsələyə aydınlıq gətirib.

Etibar Babayev AzTV-dən getməsindən danışdı

AzTV-nin nəzdində fəaliyyət göstərən Televiziya Akademiyasının rektoru vəzifəsindən uzaqlaşdırılan Etibar Babayev məsələyə aydınlıq gətirib.


AzNews.az-a danışan sabiq rektor vəzifəsindən öz ərizəsi ilə getdiyini deyib: "Ərizə yazıb, işdən ayrılmağımı istəmişəm. Sədrin keçmiş müavini var idi, Faiq Hüsiyev, məndən sonra onu təyin etdilər bu vəzifəyə. Hər idarənin öz rəhbərliyi var. Kadr siyasətini də onlar müəyyən edirlər. Həmin vəzifəyə kimin təyin olunacağına da onlar qərar veriblər".

Etibar Babayev bundan sonra hansı işlə məşğul olacağını da dilə gətirib: "Mən Bakı Slavyan Universitetinin Jurnalistika fakültəsində kafedra müdiriyəm. Orada da dərs deyirəm. Elə bu işimi davam etdirəcəyəm".

Qeyd edək ki, tanınmış jurnalist Etibar Babayev 2001-2006-cı illərdə "Space" müstəqil teleradio şirkətinin prezidenti vəzifəsində çalışıb.