15:03
(077) 610-22-33

“Çox yorulmuşdum” - Hacı Nuran qayıtmaq istəmir

  • >
1 352 2 Oktyabr 2015 19:13 | Cəmiyyət

Aparıcı Hacı Nuran Hüseynov “Yeri gəlmişkən” verilişinin qonağı olub.


AzNews.az-ın axşam.az-a istinadən məlumatına görə, o, Almaniyaya geri qayıtmaq istəmədiyini bildirib:

"Neçə müddətdir xərçəng xəstəliyindən müalicə alırdım. Bakıya gəlmək istəyirdim. Həkimlər qoymurdu. Özümə qapandım, məcbur icazə alıb bura qayıtdım. Həftəsonu geri qayıtmalı idim. Bu gün həkimimə zəng etdim ki, gəlmirəm. Onlar da təşvişə düşüblər. Yüz dəfə zəng etdilər ki, "Mümkün deyil, gələn ay əməliyyat olunmalısan". Telefonu bağlamışam ki, istəmirəm.

Bu ay sümük iliyi trasplantasiyası olunmalıdır. Xərçəngin ən ağır formalarından biridir. Kimyaterapiya kömək etməyəndə ən son müalicə budur. Birinci özün donor olursan. Uyğunluq alınmırsa, donor axtarılır. Çox bahalı və ağır müalicədir. Bir müddət xüsusi otaqda saxlayırlar. Əgər hüceyrələr bədənimdə yaxşı funksiya verirsə, normal palataya köçürəcəklər. O müddəti dözməliyəm. İndi aldığım kimyaterapiya əvvəlkindən on dəfə ağır idi. Bu dəfə dözə bilmirdim. Çox yorulmuşdum".
Bağla X