İctimai Televiziya və Radio Yayım Şirkəti noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçkiqabağı namizədlərin təşviqat kampaniyasında ödənişli KİV-lər siyahısına qoşulub. İctimai Televiziya və Radio Yayım Şirkəti noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçkiqabağı namizədlərin təşviqat kampaniyasında ödənişli KİV-lər siyahısına qoşulub.

İTV rəhbəri MSK-ya müraciət etdi - Ödənişli təşviqat üçün (Foto)

İctimai Televiziya və Radio Yayım Şirkəti noyabrın 1-də Milli Məclisə keçiriləcək seçkilərdə seçkiqabağı namizədlərin təşviqat kampaniyasında ödənişli KİV-lər siyahısına qoşulub.


AzNews.az xəbər verir ki, televiziyanın baş direktoru Cəmil Quliyev bununla bağlı olaraq seçki qanunvericiliyinin tələblərinə uyğun olaraq deputatlığa namizədlərin təbliğat və təşviqat kampaniyasında ödənişli şərtlərlə iştirak etmək üçün Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova müraciət edib.

Seçkiqabağı ödənişli təşviqat materiallarının yerləşdirilməsinə dair ödənişin məbləği və şərtləri Şirkətin Direktorlar Şurasında qəbul olunub.

Namizədlərin çıxışı efir vaxtına görə 1 saniyəsi 20 və 50 manat arasındadır.

Qeyd edək ki, İctimai Televizyadan başqa heç bir televiziya seçkiqabağı təşviqat kampaniyasına qoşulmayıb.



Sevinc Yasinqızı
AzNews.az