01:08
(077) 610-22-33

Ziya Məmmədovun bacısının işdən çıxarılması xəbərinə - Reaksiya

  • >
15 334 4 Oktyabr 2015 13:40 | Cəmiyyət

Bu gün mətbuatda Nəqliyyat naziri Ziya Məmmədovanın bacısı, "Tərəqqi" liseyinin direktoru Məhbubə Məmmədovanın tutduğu vəzifədən azad edilməsi haqda məlumatlar yayılıb.


AzNews.az-ın əməkdaşı məlumatı dəqiqləşdirmək üçün "Tərəqqi" liseyi ilə əlaqə saxlayıb.

Liseydən bildirilib ki, Məhbubə Məmmədovanın işdən çıxarılması haqda yayılan məlumatlar yalandır: "Dünən Məhbubə xanım iş başında olub. Sonra da Təhsil Nazirliyinin təşkil etdiyi böyük toplantıya qatılıb və orada çıxış edib".

Liseydən həmçinin bildirilib ki, Məhbubə xanımın işi ilə bağlı heç vaxt narazılıq olmayıb: "O, 50 ildir müəllim kimi çalışır. Öz işinin peşəkarıdır. Buna görə də bizim liseyimiz hər il Təhsil Nazirliyinin yaydığı hesabatlarda ön sıralarda olub. Bu il də nazirliyin tərtib etdiyi siyahıda "Tərəqqi" liseyi ilk 10-luqda qərar tutub.

Bundan başqa Məhbubə xanım rayonda ictimai işlərdə də fəal iştirak edən şəxsdir. O hakim partiyanın əsas təbliğatçılarından biri hesab olunur. Belə ki, o, YAP-ın Nərimanov rayon təşkilatının qadınlar şurasının sədr müavini kimi də bu işlərdə fəal iştirak edir. Eyni zamanda Məhbubə xanım 15 ildir ki, məntəqə sədridir. Yəni haqda yayılan məlumatların heç bi əsası yoxdur, iftiradan başqa bi şey deyildir".

Liseydən o da bildirilib ki, dünən Prezident İlham Əliyevin sərəncamı ilə təltif olunan müəllimlər sırasında "Tərəqqi"nin də 2 müəllimi var. Həmin müəllimlər məhz M.Məmmədovun təqdimatıyla təltif edilib.

Qeyd edək ki, Məhbubə Məmmədovanın işdən çıxarılması son vaxtlar Ziya Məmmədova aid müəssilərin və obyektlərin əlindən alınması və onun haqda yayılan məlumatlarla əlaqədardır.

(Nazir bacısının işdən çıxarılma xəbərini BURADAN oxuyun)
Bağla X