Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının keçmiş rəisi, general-mayor Məmməd Beydullayevə Naxçıvanda yüksək vəzifə verilib. Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının keçmiş rəisi, general-mayor Məmməd Beydullayevə Naxçıvanda yüksək vəzifə verilib.

Zakir Həsənovun “vurduğu” generala Vasif Talıbov yüksək vəzifə verdi

Azərbaycan Silahlı Qüvvələrinin Baş İnspeksiyasının keçmiş rəisi, general-mayor Məmməd Beydullayevə Naxçıvanda yüksək vəzifə verilib.

AzNews.az-ın əldə etdiyi məlumata görə, Zakir Həsənovun müdafiə naziri təyin olunmasından sonra vəzifəsindən uzaqlaşdırılan M.Beydullayev, bir müddət əvvəl Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun hərbi məsələlər üzrə müşaviri təyin edilib. Buna görə də general ailəsiylə birlikdə Naxçıvana köçüb.

Qeyd edək ki, bir neçə ay öncə sözügedən generalın Naxçıvan Əlahiddə Ümumqoşun Ordu Birləşməsində mühüm vəzifəyə təyin olunması barədə
məlumat yayılmışdı.

Müdafiə Nazirliyindən isə Zakir Həsənovun təqdimatına əsasən vəzifəsindən kənarlaşdırılan general-mayor Məmməd Beydullayevin hazırda həqiqi hərbi xidmətdə olmadığı bildirilmişdi.


Azər
AzNews.az