18:14
(077) 610-22-33

Zakir Fərəcov Sumqayıtda mağazaları sökdürür

  • >
2 628 5 Oktyabr 2015 12:13 | Cəmiyyət

Sumqayıtın Sülh küçəsində yerləşən mağaza sahiblərinə obyektlərinin yaxın vaxtlarda söküləcəyi ilə bağlı xəbərdarlıq edilib.


Bu barədə AzVision.az-a obyekt sahibləri məlumat verib.

Obyekt sahiblərinin sözlərinə görə, icra hakimiyyətinin nümayəndələri əraziyə baxış keçirərək mağazaların yaxın günlərdə söküləcəyini bildiriblər.

Söküntünün yeni icra başçısı Zakir Fərəcovun tapşırığı ilə həyata keçirildiyi qeyd edilib.

Obyektləri sökülən sahibkarlara kompensasiyanın verilib-verilməyəcəyi barədə heç bir məlumat verilməyib.

Qeyd edək ki, icra başçısı Zakir Fərəcəov YAP Sumqayıt şəhər təşkilatının Gənclər Birliyinin üzvləri ilə görüşü zamanı şəhərin siması tamamilə dəyişəcəyini və bu istiqamətdə işlərin başlanıldığını bildirimişdi.

Zakir Fərəcovun sözlərinə görə, Sumqayıt şəhərinin əsas girişindən "Göyərçin" abidəsinə kimi olan avtomobil yolu 5 metr sağ və sol istiqamətlərə doğru genişlənəcək. Həmin yola düşən obyektlər söküləcək və ərazidə park salınacaq.
Bağla X