15:57
(077) 610-22-33

Yeni rektor 7 dekanı işdən qovdu - Müsabiqəyə qatılmalıdırlar

  • >
6 542 6 Oktyabr 2015 13:32 | Cəmiyyət

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (keçmiş Azərbaycan Dövlət Neft Akademiyası) 7 dekanı rektorun əmri ilə öz vəzifəsindən azad edilib.



Universitetdən AzNews.az-a verilən məlumta görə, vəzifədən azad edilənlər Geoloji kəşfiyyat fakültəsinin dekanı Mayis Babayev, Qaz-neft-mədən fakültəsinin dekanı Vahid Mustafayev, Kimya texnologiya fakültəsinin dekanı Elxan Axundov, Neft mexanika fakültəsinin dekanı Sakit Abbasov, Energetika fakültəsinin dekanı Yusif Cəbiyev, İstehsalat proseslərinin avtomatlaşdırılması və İqtisadiyyat fakültəsinin dekanı Ramiz Allahverdiyev və beynəlxalq iqtisadi münasibətlər və menecment fakültəsinin dekanı Azad Əliyevdir.

İşdən çıxarılanların yerinə müvafiq əmrlə müvəqqəti icraçı dekanlar təyin olunublar. Artıq Təhsil Nazirliyi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində qeyd olunan vakant dekan vəzifələrini tutmaq üçün müsabiqə də elan edib. Universitetdən verilən məlumata görə, işdən azad olunmuş dekanlarda ərizə verib müsabiqədə iştirak etmək üçün müsabiqəyə qatıla bilərlər.

Qeyd edək ki, bu ilin sentyabrın 3-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinə professor Mustafa Babanlı rektor təyin edilib.

Sevinc Yasinqızı
AzNews.az

Bağla X