Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun qardaşı Elşən Həsənovun keçmiş həyat yoldaşı mülkiyyət problemi ilə bağlı mətbuata üz tutub. Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun qardaşı Elşən Həsənovun keçmiş həyat yoldaşı mülkiyyət problemi ilə bağlı mətbuata üz tutub.

Nazir qardaşına ağır ittihamlar - “2 uşaqla küçəyə atdılar”

Azərbaycanın Müdafiə naziri Zakir Həsənovun qardaşı Elşən Həsənovun keçmiş həyat yoldaşı mülkiyyət problemi ilə bağlı mətbuata üz tutub.


AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, Nailə Həsənova 30 illik həyat yoldaşı Elşən Həsənovun 2012-ci ildə ondan boşanmaq üçün məhkəməyə müraciət etdiyini və birgə nikah dövründə əldə edilən bütün mülkiyyəti fırıldaq yolu ilə öz əlinə keçirdiyini bildirib. N.Həsənovanın sözlərinə görə, 2008-ci ildə Novxanı 1603-Z ünvanında torpaq sahəsi alıb ev tikiblər. Həmin ev həyat yoldaşı E.Həsənovun adına olub. Lakin 2012-ci ildə nazirin qardaşı boşanma üçün məhkəməyə müraciət edəndə məlum olur ki, adıçəkilən ev digər qardaş –Telman Həsənovun adına keçirilib:



"2012-ci ilin yanvarın 11-i Sumqayıt məhkəməsi həmin əmlakı Telman Həsənovun adına keçirib. Məlum olub ki, Telman Elşənə həmin əmlakın onun adına keçirilməsi üçün iddia qaldırıb. Guya, həmin evin tikilməsi üçün bütün xərci o çəkib və Elşən də "plana uyğun olaraq" bütün ittihamları qəbul edir.

Mən 2012-ci ilin sentyabrın 24- ü həmin ev sahəsinə həbs qoyulması üçün məhkəməyə müraciət etdim və elə ilk iclasda – oktyabrın 4-ü Sumqayıt məhkəməsi Novxanı 1603-Z ev sahəsinə həbs qoydu. Bundan sonra Telman və Elşən qardaşları inanılmaz bir iddia ortaya atdılar. Məhkəmədə bəyan etdilər ki, guya mən Elşənin arvadı deyiləm. Eyni vaxtda, Elşən boşanma iddiasını geri götürdü və mənə qarşı yeni iddia qaldırdı ki, guya bizim rəsmi nikah saxtadır və mən ZAQS-da həyat yoldaşımın imzasını saxtalaşdırmışam. Baxmayaraq ki, 30 ildir evliyik və iki uşağımız var, Elşən bunu inkar etdi. Lakin məhkəmə Elşənin iddiasını qəbul etmədi.



Sonda Sumqayıt Apellyasiya məhkəməsi 2014-cü il iyunun 22-i mənim xeyrimə qərar qəbul etdi və birinci instansiya məhkəməsinin qərarını ləğv etdi, Ali məhkəmə isə bu qərarı qüvvədə saxladı, lakin sonra gözlənilmədən bu ilin apreli Ali Məhkəmənin qərarı elə Ali məhkəmənin sədri Ramiz Rzayev tərəfindən ləğv edildi. Buna səbəb isə torpağın yeni sahibi Fuad Dadaşovun verdiyi kassasiya şikayəti olub".
Nailə Həsənovanın sözlərinə görə, F.Dadaşov həmin ərazinin hələ 2013-cü ildə ona satıldığını bəyan edir. Həmin şəxs isə təsadüfən seçilməyib, belə ki, o, nazirin böyük qardaşı Eldar Həsənovun adamı olur və keçmiş həyat yoldaşımın adına qeydiyyatdan keçən "Qala" ailəvi-istirahət obyektində çalışır. Fuadla Elşənin yaxın əlaqərini göstərən digər fakt isə Elşənin ona şəxsi avtomobilini idarə etmək üçün verdiyi etibarnamədir:

"Ən maraqlısı isə odur ki, həmin evi 2013-cü ildə F.Dadaşova satmaq üçün Sumqayıt məhkəməsinin 2012-ci ildə qoyduğu həbs qərarını ləğv etmək lazım idi. Lakin bu hüququ yolla mümkün deyildi, əvəzində isə başqa yola əl atırlar və məhkəmənin qərarı müəmmalı şəkildə yoxa çıxır..."



İki uşağı ilə birgə küçəyə atılan Nailə Həsənova Müdafiə naziri Zakir Həsənova müraciət edərək qardaşlarının fırıldaq yolu ilə ələ keçirdikləri və ona məxsus mülkiyyəti geri qaytarmaqda ona yardım edilməsini xahiş edir. O bildirir ki, nazir qardaşlarının adından istifadə edən Elşən və Telman Həsənovlar bütün bu fırıdaqlara əl atmağa cəsarət ediblər.
image description image description image description image description