09:21
(077) 610-22-33

Ekspert yol haqqında qanundakı dəyişiklikdən narazıdır

  • >
1 282 6 Oktyabr 2015 17:42 | Cəmiyyət

Bu gün Milli Məclisdə "Yol hərəkəti haqqında" Qanuna edilən dəyişikliklərdə heç bir yenilik yoxdur.



AzNews.az xəbər verir ki, bu barədə məlumatı yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov öz "Facebook" hesabında yazıb. Ərşad Hüseynov bu dəyişikliyin adi redaktə xarakterli, sırf texniki düzəlişlər olduğu qeyd edib: "Mahiyyətində də bircə məqam var: "Yol hərəkəti haqqında" Qanun "Avtomobil yolları haqqında" Qanuna və İnzibati Xətalar Məcəlləsinin 164-cü maddəsinə uyğunlaşdırılır. Burada nə mal-qara otaranlara, nə yük avtomobillərinə, nə də yolu dağıdanlara aid hər hansı yenilik yoxdur. Heç bir sərtləşdirmədən də söhbət getmir. Həmin qadağalar çoxdan var. "Qadağalar sərtləşir..." tipli bəyanat verənlərin görünür sadəcə məsələdən xəbəri yoxdur. Əslində bu normaların "Yol hərəkəti haqqında" Qanuna gətirilməsinin özü yanlışdır. Çünki həmin məsələlər "Avtomobil yolları haqqında" Qanunun tənzimləmə predmetidir. Eyni şeyləri bir neçə qanunda təkrarlayanda onları tez-tez bir-birinə uyğunlaşdırmaq lazım olur və nəticədə belə mənasız ajiotaj yaranır".

Sevinc Yasinqızı
AzNews.az
Bağla X