Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların toy karvanı magistral yolda insanlara təhlükəli anlar yaşadıb. Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların toy karvanı magistral yolda insanlara təhlükəli anlar yaşadıb.

Azərbaycanlı “avtoşlar“ - Toy karvanında (VİDEO)

Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlıların toy karvanı magistral yolda insanlara təhlükəli anlar yaşadıb.


AzNews.az ans press-ə istinadən xəbər verir ki, gəlin maşınını müşayət edən karvanın hərəkətini Kosmonavtlar küçəsində hərəkətdə olan avtomobillərdən birinin videoregistratoru qeydə alıb.

Kadrlardan da görünür ki, avtomobil karvanına daxil olan bir neçə maşın içərisində bəylə gəlinin olduğu limuzin keçir. Daha sonra müəyyən qədər irəlilədikdən sonra işıqforun qırmızı işığında digər avtomobillərə təhlükə yaradacaq tərzdə keçirlər və işıqforu keçən kimi digər kəsişən yoldan gələn maşınların hərəkətini əngəlləyirlər. Bir müddət dayandıqdan sonra isə qayda pozuntularına davam edərək bir qədər də irəliləyiblər.


Videoregistratora düşən görüntüdən görünür ki, daha sonra karvanda yer alan avtomobillər qəfildən küçənin ortasında geriyə dönüb, yolun ortası ilə geriyə hərəkət ediblər. Avtomobillərdən birinin arxasında olan Azərbaycan bayrağı da kadrlara düşən epizodlardandır.