19:40
(077) 610-22-33

İş adamı yüzlərlə işçinin haqqını pozdu - Prokurorluq niyə gizlədir? (Foto)

  • >
3 037 7 Oktyabr 2015 18:29 | Cəmiyyət

İş adamı Vüqar Ağayev yüzlərlə insanı əmək müqaviləsiz işlədir.

Bu barədə məlumatı AzNews.az-a hüquqşünas Səməd Vəkilov deyib.

O bildirib ki, hüquqlarını müdafiə etdiyi Allahverdi Allahverdiyevlə bağlı məhkəmə araşdırması zamanı Vüqar Ağayevin fəaliyyətində kobud qanun pozuntuları aşkar edilib: "Yüzlərə vətəndaşı Metal MVS adlı şirkətdə müqaviləsiz işlədən Vüqar Ağayev əmək müqaviləsi tələb edən işçiləri işdən qovmaqla təhdid edib. Həmin işçiləri bir neçə il Hacı Zeynalabdin Tağıyev qəsəbəsində yerləşən Metal MVS şirkətində işlədib.

Nərimanov Rayon Məhkəməsinin hakimi Kəmalə Əmirxanova 2015-ci ilin mayın 15-də küllü miqdarda vergidən yayınmaq cinayəti törətmiş Vüqar Ağayevin barəsində xüsusi qərar çıxardaraq cinayət əməlinin araşdırılması məqsədi ilə Nərimanov rayon Prokurorluğuna göndərib. Amma Nərimanov rayon Prokurorluğu Vüqar Ağayevin cinayət əməlini ört-basdır etmək məqsədi ilə cinayət işinin başlanılmasını rədd edən qərar qəbul edilib. Nərimanov rayon Prokurorluğu öz qərarını gülünc bir dəlillərlə əsaslandırıb. Belə ki, həmin şəxsin əmək müqaviləsi olmamasını əsas gətirib. Amma prokurorluq əsaslandırılmamış qərarını verməkdən imtina edib. Bu barədə Nərimanov rayon Prokurorluğuna və ölkənin baş prokuroruna müraciət olunsa da, hələ də prokuror köməkçisi Nicad Şəmşirov qərarı rəsmi qaydada təqdim etməyib".

Hüquqşünas əlavə edib ki, onlara cavab verilməsə müraciət hüququnun pozulması ilə bağlı Nərimanov Rayon Prokurorluğunu məhkəməyə verəcəklər.

Bağla X