23:46
(077) 610-22-33

Bu marketlərdən uzaq durun - SİYAHI

  • >
1 251 8 Oktyabr 2015 21:21 | Cəmiyyət

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında monitorinqlər davam etdirilir.


Nazirliyin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı

Bakının Yasamal rayonunda

- D.Bünyadzadə küçəsi, 185V ünvanında İradə Abdulrəhmanovaya məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

- M.Muxtarov küçəsi, 188 ünvanında Mütalib Əkbərova məxsus mağazada;

Binəqədi rayonunda

- Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində Əlibala Sadıqova məxsus mağazada;

Xətai rayonunda

- Babək prospekti, 2345-ci məhəllədə Anar Quliyevə məxsus mağazada;

Ağstafa rayonunda

- Böyük Kəsik kəndində Mahmud Əliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda

- A.M.Şərifzadə küçəsi, 73 ünvanında Ramin Qədirova məxsus mağazada;

Sumqayıt şəhərində

- 10-cu mikrorayonda Gülüzar Məhərrəmovaya məxsus mağazada;
- H.Əliyev prospektində Ələsgər Şahmurova məxsus mağazada;

Ağstafa rayonunda

- Böyük Kəsik kəndində Samir Nəsibova və Pərvin Yusifova məxsus mağazalarda;
- Ağstafa şəhəri, H.Əliyev prospektində İlahiyyə Novruzovaya məxsus yeməkxanada;

Beyləqan şəhərində

- Magistral küçəsində Ehtiram Həsənova məxsus mağazada;

Masallı şəhərində

- M.C.Talışxanov küçəsində Cavid Nəbiyevə məxsus mağazada;

Qəbələ rayonunda

- Zarağan kəndində Orxan Nəbiyevə məxsus mağazada;

Qax şəhərində

- M.F.Axundov küçəsində Rövşən Əhmədova məxsus mağazada;
- Xurşidbanu Natəvan küçəsində Mübariz Məmmədova məxsus mağazada;

Tərtər rayonunda

- Qaradağlı kəndində Niyazi Qurbanova məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanıb və qanunamüvafiq tədbirlər görüləcək.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda İqtisadiyyat və Sənaye Nazirliyinin 195-2 Çağrı Mərkəzinə, 498-15-01 və 498-15-04 nömrəli telefonlar, nazirliyin internet saytı (www.economy.gov.az) və "facebook" səhifəsi vasitəsilə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.
Bağla X