11:20
(077) 610-22-33

Sığorta şirkəti məhkəməyə verilir – 10 min manatlıq qalmaqal (Fotolar)

  • >
2 142 9 Oktyabr 2015 15:10 | Cəmiyyət

“Rəvan Sığorta” şirkəti avtomobil qəzası keçirmiş müştərisinə dəymiş zərəri ödəmək istəmir.

Şirkət 2013-cu ilin yanvarın 18-də sığorta müqaviləsi bağladığı Bağır Verdiyevin qəzaya saldığı 90 RR 121 nömrə nişanlı "Nissan Navara" markalı avtomobilinin sığorta ödənişini ödəməkdən boyun qaçırır. Bu haqda AzNews.az-a məlumat verən şikayətçi, avtomobilin etibarnamə ilə sahibi Məhəbbət Verdiyev bildirib ki, şirkət müqavilə bağlamasına baxmayaraq qanunsuz olaraq sığorta ödənişini ödəmir: "Bu ilin avqustun 31-də Lerik rayonu ərazisində atam Bağır Verdiyevin adına sığortalanmış avtomobili mən idarə edərkən qəzaya düşdüm. Avtomobil atamın adına sığortalanmış olsa da, qəza zamanı sükan arxasında mən olmuşam. Şirkətin əməkdaşları da hadisə yerinə gəlib baxış keçirtdilər. 10 min manata qədər dəymiş zərəri ödəmək üçün razılaşdılar. Hətta avtomobili düzəltdirmək üçün "Nissan" şirkətinin servizinə apardılar. Amma şirkət bir ay sonra müxtəlif bəhanələrlə ödənişi ödəməkdən imtina etdi. Sığorta müqaviləsinin atamın adının olduğunu və o avtomobili kiməsə verdiyi zaman həmin şəxsin mütləq şəkildə şirkətə gədib onlara yazılı məlumat verilməsini əsas gətirdilər. Amma əslində bu qanun pozuntusudur. Çünki atamın sürücülük vəsiqəsi olmadan müqavilə onun adına imzalanıb. Niyə şirkət öncə məbləği ödəməyi razılaşdı, amma sonra boyun qaçırtdı? Əgər bizə ödəniş etməyəcəkdilərsə, niyə avtomobili düzəltdirmək üçün servizə apardılar? Bütün bunlar şirkətin dələduzluqla məşğul olduğunun bariz nümunəsidir".



Şikayətçi bildirib ki, sığorta müqaviləsi 3 il əvvəl bağlanıb: "1800 manata sığorta etmişik. Həmin vaxtdan bir dəfə də olsun şirkətə müraciət etməmişik. İndi elə oldu ki, qəza törətdik. Şirkət müqaviləyə qəsdən elə bir artırmaqla vətəndaşları aldatmaqla məşğuldur. Biz ucqar Lerikde yaşayırıq. Həmin mübahisəyə səbəb olan bənddən belə çıxır ki, atam kiməsə maşını kiməsə sürməyə verəndə durub Bakıya gəlməliydi? Bu, necə ola bilər. Atamın avtomobil idarə etmək hüququ yoxdur. Əgər, o müqavilədə maşını kiminsə sürməyini göstərməyibsə, deməli, kimsə onu idarə etmir. Onda sığorta nəyə lazımdır?"



Məsələyə münasibət bildirən şirkətin nümayəndəsi bildirib ki, şirkət yalnız müştəri ilə imzalanan müqavilədə qeyd olunan şərtlərə əməl edir: "Bizimlə müqaviləni Bağır Verdiyev imzalayıb. Amma qəzanı onun oğlu Məhəbbət Verdiyev törədib. Bu səbəbdən sığorta ödənişini ödəməkdən imtina etmişik. Çünki müqavilə də qeyd olunub ki, sığorta ödənişi yalnız Bağır Verdiyev yol-nəqliyyat hadisəsim törətdiyi zaman verilməlidir. Bundan başqa biz nəsə deyə bilmərik. Çünki biz hər şeyi qanuni şəkildə aparmışıq".

Şirkətin əməkdaşlarının hadisə yerində dəymiş zərəri ödəməyi razılaşıb və avtomobili servizə aparmaqlarına gəlincə, nümayəndə bu məsələyə münasibət bildirmək istəmədi.


Hüquqları pozulanlar şirkəti məhkəməyə verəcək, eləcə də aidiyyəti qurumlara müraciət edəcək.



Sevinc Yasinqızı
Bağla X